Terror təşkilatı Boko Harama üzvü 287 silahlı zərərsizləşdirildi

Niqeriya ordusunun terror təşkilatı Boko Harama istiqamətli əməliyyatı nəticəsində 200 terrorçu məhv edilib, 87-si isə zərərsizləşdirilib.

1118628
Terror təşkilatı Boko Harama üzvü 287 silahlı zərərsizləşdirildi

Nigeriya Müdafiə Nazirliyindən yayılan bəyanatda bildirilir ki, Çad gölü yaxınlığında ordunun 28 dekabrdan bəri başlatdığı genişmiqyaslı anti-terror əməliyyatı zamanı “Boko Haram” radikal qruplaşmasının 200-dən çox döyüşçüsü öldürülüb. 2018-ci il dekabrın 28-də başlayan və beş gün davam edən əməliyyatda quru və hava qüvvələri iştirak edib. Əməliyyat zamanı hökumət qüvvələri itki verməyib. 

“Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir. 2015-ci ilin martında isə  DEAŞ terror təşkilatına sadiqlik andı içən  təşkilatın 2016-cı ilin iyun ayında Boğaz bölgəsində həyata keçirdiyi hücum nəticəsində 30-dan çox əsgər həyatını itirdi. Çad gölü hövzəsində törətdiyi cinayətlərdə isə ən az 2000 adam ölüb.

 



Әlaqәli Xәbәrlәr