Maqnitoqorskda binanın uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

Binanın dağıntıları arasında axtarış-xilasetmə fəaliyyətlərinin davam etdiyi bildirlir.

1118194
Maqnitoqorskda binanın uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Binanın dağıntıları arasında axtarış-xilasetmə fəaliyyətlərinin davam etdiyi bildirilib.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayış zamanı 100-dən çox adamın yaşadığı 48 mənzilə ziyan deyib.

Qeyd edək ki, uçan binanın dağıntıları altından bir körpə partlayışdan 35 saat sonra xilas edilmişdi.



Әlaqәli Xәbәrlәr