Kataloniyanın müstəqilliyi 2019-cu ilin gündəminə daşındı

Vilayətin sədri Quim Torra Kataloniya televiziyasından xalqa "2019-cu ildə birlik içində olma və ədalətsizliyə qarşı üsyan" çağırışı edərək dedi...

1116445
Kataloniyanın müstəqilliyi 2019-cu ilin gündəminə daşındı

  İspaniyadan ayrılmaq istəyən Kataloniya Muxtar Vilayəti 2019-cu ildə müstəqillik təşəbbüslərini davam etdirəcəyini bildirdi.

  Vilayətin sədri Quim Torra Kataloniya televiziyasından xalqa "2019-cu ildə birlik içində olma və ədalətsizliyə qarşı üsyan" çağırışı edərək dedi:

  “2019-cu ilin İspaniya dövlətinin basqı divarlarını yıxma və ədalətsizliyə qarşı üsyan ili olmasını istəyirik.

  Müstəqillik arzusundan geri çəkilməyən Katalonya üçün sülh və demokratik bir həll olmalıdır. İspaniyanın baş naziri Pedro Sançezdən bu istiqamətdə səmimi, cəsur və inandırıcılığı olan dialoqa başlamasını təvəqqe edirik.

  Kataloniya probleminin həlli üçün beynəlxalq dünyanı da vasitəçiliyə çağırırıq.”

  Qeyd edək ki, İspaniya Sosialist Fəhlə Partiyasının lideri olan Baş nazir Pedro Sançez 20 dekabrda Barselona şəhərində Katalonya Muxtar Vilayətinin sədri Quim Torra ilə görüşmüş, “Katalonyanın müstəqillik tələbləri müzakirə edilə bilməz deyərək qarşı çıxmışdı. Eyni zamanda, Katalonyadakı problemləri həll etmək üçün dialoq tərəfdarı olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr