Livan İsraili BMT-yə şikayət edəcək

Livanın Xarici İşlər naziri Cibran Basil ölkəsinin BMT-dəki səfəri Amal Mudallaliyə bölgənin sabitliyinə təhdid təşkil edən İsraili BMT-yə şikayət etməsi üçün göstəriş verdi.

1114297
Livan İsraili BMT-yə şikayət edəcək

Livanın Xarici İşlər naziri Cibran Basil ölkəsinin BMT-dəki səfəri Amal Mudallaliyə bölgənin sabitliyinə təhdid təşkil edən İsraili BMT-yə şikayət etməsi üçün göstəriş verdi.

Livan Xarici İşlər Nazirliyinin açıqlamasında İsrailin srağa gün gecə radalərində Suriyanı hədəf götürən hava hücumu qınanıb.

Suriyanın torpaqlarını və suverenliyini müdafiə etmə haqqına sahib olduğuna diqqət çəkilən açıqlamada beynəlxalq ictimaiyyət İsrailin döyüş təyyarələrinin Livanın hava məkanından istifadə edərək Suriyanı hədəf götürən hücumlarını qınamağa çağrılıb.

Açıqlamada vurğulanıb ki, İsrail Livanın hava məkanından istifadə etməklə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarını pozmuşdur. Xarici İşlər naziri Cibran Basil ölkənin BMT-dəki səfiri Amal Mudallaliyə bölgənin sabitliyini təhdid edən İsrailin pozuntularını BMT-yə şikayət etməsi üçün göstəriş verdi.

Livanın Dövlət İşləri üzrə və Nəqliyyat naziri Joseph Fenianos da dünən yaydığı açıqlamada Livanı və xalqını İsrailə qarşı qorumaq üçün BMT Təhlükəsizlik Şurasına təcili şikayət edilməsi barədə Baş nazir Saad əl-Hariri ilə razılıq əldə etdiklərini bildirmişdi.



Әlaqәli Xәbәrlәr