Gəmi dalğalara qapılaraq başqa gəmiyə çarpıldı və batdı

Malaziya Dəniz Qoruma Təşkilatından (APMM) verilən məlumata görə...

1113739
Gəmi dalğalara qapılaraq başqa gəmiyə çarpıldı və batdı

  Malaziyanın cənub sahillərində xarab olan yük gəmisi başqa bir gəmi ilə toqquşaraq batıb, nəticədə ekipajdan 3 nəfər itgin düşüb.

  Malaziya Dəniz Qoruma Təşkilatından (APMM) verilən məlumata görə, “Doqquz nəfərin olduğu yük gəmisinin cənubdakı Tancunq Sepanq (Tanjung Sepang) sahilinə 3,3 dəniz mili məsafədə mühərrikinin dayanması nəticəsində qəza baş verib. Kapitan marşrutu dəyişməyə çalışarkən gəmi dalğalara qapılaraq başqa gəmiyə çarpılıb və batıb”.

  Qısa müddətdə hadisə yerinə xilasetmə dəstələri gəlib. Gəmidəki 9 nəfərdən 6-sı qurtarılıb, 3-ü isə itkin düşüb. Axtarış işləri davam edir.



Әlaqәli Xәbәrlәr