“ABŞ-ın Suriyadan çəkilmə qərarından dərin kədər duydum”, E.Makron

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Suriyadan çəkilmə qərarından dərin kədər duyduğunu söyləyib.

1112226
“ABŞ-ın Suriyadan çəkilmə qərarından dərin kədər duydum”, E.Makron

  Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Suriyadan çəkilmə qərarından dərin kədər duyduğunu söyləyib.

  E.Makron rəsmi səfərdə olduğu Çadın paytaxtı Ncamenada ölkə prezidenti İdris Debi ilə birgə təşkil edilən mətbuat konfransında ABŞ-ın Suriyadan çəkilmə qərarına toxunaraq bildirib:

  "Bu xəbərdən dərin kədər duydum. Müttəfiq ölkələr çiyin-çiyinə mübarizə aparmalı və bir-birlərinə etimad göstərməlidir".

  Makron ölkə xaricindəki əməliyyatların başqa bir dövlətdən asılı olmadığını, Fransanın Suriyadakı hərbi mövcudluğunun davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr