Türkiyǝ vǝ ABŞ prezidentlǝri arasında telefon danışığı olub

Bu barǝdǝ ABŞ prezidenti şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ yazıb.

1112151
Türkiyǝ vǝ ABŞ prezidentlǝri arasında telefon danışığı olub

 

Amerika Birlǝşmiş Ştatlarının prezidenti Donald Tramp vǝ Türkiyǝ Prezidenti Rǝcǝb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barǝdǝ ABŞ prezidenti şǝxsi ‘‘Twitter’’ sǝhifǝsindǝ yazıb.

Donald Tramp Rǝcǝb Tayyib Ərdoğanla uzun vǝ sǝmǝrǝli görüş keçirdiklǝrini deyib. Tramp görüş zamanı terror tǝşkilatı DEAŞ-la mübarizǝ mǝsǝlǝsini  müzakirǝ etdiklǝrini bildirib.

‘‘Rǝcǝb Tayyib Ərdoğanla uzun vǝ sǝmǝrǝli görüş keçirdik. Görüşdǝ  ABŞ qoşunlarının Suriyadan  koordinasiyalı şǝkildǝ çıxarılmasını müzakirə etdik. Biz,  həmçinin əhəmiyyətli dərəcədə genişlənən ticarəti müzakirə etdik”, - Donald Tramp şǝxsi ‘‘Twitter’’ səhifəsində  yazıb.



Әlaqәli Xәbәrlәr