Tramp istefalara reaksiya göstərdi

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp DEAŞ-la mübarizədə xüsusi nümayəndə Bret Makqörkü (Brett McGurk) tanımadığını və vəzifə müddətinin bitməsinə yaxın bir zamanda istefa verərək diqqət çəkməyə çalışdığını bildirdi.

1111870
Tramp istefalara reaksiya göstərdi

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp “Twitter” hesabından ABŞ hərbçilərinin Suriyadan geri çağırılması qərarından sonra istefa verən DEAŞ-la mübarizədə xüsusi nümayəndə Brett Makqörklə (Brett McGurk) bağlı açıqlama verdi.

ABŞ prezidenti açıqlamasında: "Prezident Obama tərəfindən 2015-ci ildə təyin olunmuş Bret Makqörkü tanımıram. Fevral ayında vəzifəsindən gedəcəkdi, amma indi istefa verdi. Media şoumeni? Yalan media heç bir mənası olmayan bu hadisəni böyüdür" ifadələrini işlətdi.

ABŞ mediasında yayılan xəbərlərdə Makqörkün qısa müddət əvvəl Dövlət Departamentində keçirilən bir yığıncaqda Suriyadan çıxmanın məntiqsiz olacağını söylədiyi bildirilir, xüsusi nümayəndənin Trampın Suriyadan çəkilmə qərarı ilə razı olmadığı üçün istefa məktubunu dövlət katibi  Mayk Pompeoya (Mike Pompeo) verdiyi qeyd edilir.

Tramp Suriyadan çıxma qərarına qarşı səsləndirilən tənqidlərə bu şəkildə cavab verdi: "Əgər prezident Donald Trampın yerinə başqa bir dövlət başçısı Suriyada DEAŞ-ın böyük bir hissəsinin məhv edilməsindən sonra qoşunlarımızı sağlam və xoşbəxt bir şəkildə evə gətirəcəyini açıqlasaydı, Amerikanın ən məşhur qəhrəmanı olardı. Amma yalan media mənə gəlincə, sərt vurur. Bu, çılgınlıqdır".

ABŞ prezidenti Suriyadan çıxma qərarından sonra istefa verən  Müdafiə naziri Cim Mattis (Jim Mattis) barəsində bu ifadələri işlətdi: "Prezident Obama Cim Mattisi utancverici bir şəkildə qovduğu zaman ona ikinci bir şans verdim. Bəziləri bunu etməməyimi məsləhət bildi, lakin bunun lazım olduğuna inanmışdım. Maraqlı bir əlaqə, amma heç malik olmadığı mənbələri də verdim. Müttəfiqlər əhəmiyyətlidir, amma Amerikadan sui-istifadə edincə deyil".



Әlaqәli Xәbәrlәr