Yәmәnlә bağlı qәtnamә qәbul edildi

İngiltərənin təqdim etdiyi qətnamə yekdilliklə qəbul olunub.

1111572
Yәmәnlә bağlı qәtnamә qәbul edildi

BMT Təhlükəsizlik Şurası Yəmənin Hudeydə şəhərində atəşkəsin dəstəklənməsi və nəzarət edilməsi üçün müşahidəçilərin göndərilməsi haqqında qətnaməni qəbul edib.

İngiltərənin təqdim etdiyi qətnamə yekdilliklə qəbul olunub.

Sənəddə ilkin mərhələdə 30 gün müddətinə beynəlxalq müşahidəçilər qrupunun Hudeydəyə göndərilməsi nəzərdə tutulub.

Yәmәn hökumәti isә BMT Tәhlükәsizlik Şurasının qәrarını mәmnunluqla qarşıladı.

Bu barәdә Yәmәnin rәsmi SABA agentliyinin yaydığı xәbәrdә bildirilib.

Husilәrin mәtbuat katibi Mәhәmmәd Әbdülsәlim isә şәxsi  ''Twitter''  sәhifәsindәn verdiyi açıqlamada BMT Tәhlükәsizlik Şurasının qәbul etdiyi qәrarı alqışladıqlarını deyib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də  BMT-nin Hudeydeyә beynəlxalq müşahidәçi qrupunun göndәrilmәsi ilә bağlı qәrarını mәmnunluqla qarşılayıb.



Әlaqәli Xәbәrlәr