İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli dә şәhid oldu

Qәzzadakı Sәhiyyә Nazirliyindәn cümә günü verilәn açıqlamada aksiya zamanı üç fәlәstinlinin şәhid olduğu,40 nәfәrin dә xәsarәt aldığı bildirilmişdi.

1111653
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli dә şәhid oldu

İsrail әsgәrlәrinin işğal altındakı Qәzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında aksiya keçirәn fәlәstinlilәrә sәrt müdaxilәsi  nәticәsindә bir fәlәstinli gәnc şәhid olub.

Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn yazılı açıqlamada Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn aksiya zamanı yaralanan fәlәstinli gәncin edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq şәhid olduğu bildirilib.

Belәliklә cümә günü keçirilәn aksiya zamanı öldürülәnlәrin sayı 4 nәfәrә yüksәlib.

Qәzzadakı Sәhiyyә Nazirliyindәn cümә günü verilәn açıqlamada aksiya zamanı üç fәlәstinlinin şәhid olduğu,40 nәfәrin dә xәsarәt aldığı bildirilmişdi.

Fələstinlilər martın 30-dan etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә 200-dәn çox fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.



Әlaqәli Xәbәrlәr