"Sarı jiletlilər" Fransada 360 yolu bağladılar

Fransada "sarı jiletlilər"in aksiyaları səngimək bilmir.

1110266
"Sarı jiletlilər" Fransada 360 yolu bağladılar

Fransada "sarı jiletlilər"in aksiyaları səngimək bilmir. 

Nümayişçilər ölkə daxilində 360 yolu bağladılar.
 
Fransanın Daxili İşlər üzrə dövlət naziri Laurent Nunez "RMC" radiosuna verdiyi müsahibədə  şənbə günündən etibarən "sarı jiletlilər"in bağladıqları 170 yolun polis tərəfindən açıldığını bildirdi.
 
 Daxili İşlər naziri Kristof Kastaner (Christophe Castaner)  "sarı jiletlilər"in ölkə daxilindəki bu fəaliyyətlərinin təcili olaraq dayandırılmalı olduğunu qeyd edərək: "Nümayişlərin başlanğıcından bu yana 8 insan həlak olub. Son 30 ildə bu qədər insanın öldüyü başqa bir sosial problem oldu mui? Açıq deyirəm: "Artıq bəsdir" demişdi.
 
 Qeyd etmək lazımdır ki, Fransada yanacaq qiymətlərinin artırılmasına və iqtisadi şərtlərin ağırlaşmasına reaksiya olaraq noyabrın 17-də başlayan, sonra Makron hakimiyyətinə qarşı hiddətə çevrilən "sarı jiletlilər"in nümayişləri ölkədə son illərin ən güçlü etirazları sayılır.
 
 Aksiyalarda bu ana qədər 8 nəfər həlak olub, təxminən 4 min 341 nəfər saxlanılıb, mindən çox insan yaralanıb.
 



Әlaqәli Xәbәrlәr