İsveçrәdә turistlәri daşıyan avtobus qәzaya uğrayıb, ölәn var

Yerli polisin mәlumatına әsasәn, qәza A3 maqistral yolunda baş verib.

1108146
İsveçrәdә turistlәri daşıyan avtobus qәzaya uğrayıb, ölәn var

İsveçrәnin Sürix şәhәrindә turistlәri daşıyan avtobusun qәzaya uğraması nәticәsindә bir nәfәr hәlak olub, 44 nәfәr dә xәsarәt alıb.

Yerli polisin mәlumatına әsasәn, qәza A3 maqistral yolunda baş verib.

Polis İtaliyadan Almaniyanın Düsseldorf şәhәri istiqamәtindә hәrәkәt edәn avtobusun qәzaya uğradığını bildirib.

Qәza nәticәsindә bir qadının hәlak olduğu, 44 nәfәrin isә xәsarәt aldığı qeyd olunub.

Yerli mәnbәlәr qәza nәticәsindә yaralanan üç nәfәrin vәziyyәtinin ağır olduğunu bildirir.

Qeyd edәk ki, avtobustakı  sәrnişinlәrin  İtaliya,  Rusiya,  İsveçrә, Almaniya, Albaniya, Bosniya vә Herseqovina, Qana, Benin, Nigeriya, Rumıniya vә  Kolumbiya vәtәndaşları olduqları qeyd olunub.



Әlaqәli Xәbәrlәr