Ölkədə yoxsulluq son 10 ilin ən yüksək həddinə çatdı

Argentinada yoxsulluq son 10 ilin ən yüksək həddinə çatıb.

1106957
Ölkədə yoxsulluq son 10 ilin ən yüksək həddinə çatdı

  Argentina Katolik Universiteti Sosial Borclar Rəsədxanası tərəfindən çıxan hesabatda ölkədə yoxsulluq səviyyəsinin 2018-ci ilin üçüncü rübündə keçən ilin eyni dövrünə nisbətən 5 faiz artaraq son 10 ilin ən yüksək səviyyəsi olan 33,6 faizə qalxdığı qeyd edilib.

  Hesabata görə, təxminən 45 milyon əhalili Argentinada 13 milyondan artıq insan yoxsul, 2,5 milyon insan isə ifrat yoxsuldur. 

  Kasıblıqdan ən çox əziyyət çəkən təbəqə 18-29 yaş arasında olan adamlardır. Ölkədəki uşaq və gənclərin təxminən yarısı yoxsulluğu ən aşağı olan evlərdə yaşayır.

  Argentinada yoxsulluq səviyyəsinin bu qədər qalxmasının səbəbi

  • 2017-ci ilin üçüncü rübü və 2018-ci ilin eyni dövrü arasında ölkə iqtisadiyyatının inkişaf prosesindən sərt iqtisadi durğunluq dövrünə girməsı,
  • Argentinanın milli pul vahisi pesonun dəyərini itirməsi və
  • yüksək inflyasiyaya yol açılması olaraq göstərilib.


Әlaqәli Xәbәrlәr