BMT-nin “Qlobal miqrasiya paktı”  imzalandı

Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrin hazırladıqları  “Qlobal Miqrasiya Paktı” Mərakeşdə imzalandı.

1104110
BMT-nin “Qlobal miqrasiya paktı”  imzalandı

BMT-yə üzv 150-dən  çox ölkənin  qatıldığı “Qlobal Miqrasiya Paktı  konfransı” Mərakeşdə keçirilir.

Mərakeş Xarici işlər naziri Nasır Buritanın yaydığı məlumata görə  pakt,   bu gün ( 10 Dekabr)  start götürən konfransda  səs çoxluğu ilə  qəbul edilib.

BMT Baş katibi  Antonio Quterres konfransda etdiyi çıxışında Paktın miqrantların problemlərinə qarşı mübarizədə  yol xəritəsi olacağına diqqət  çəkib. İcbari xarakter daşımayan və qoşulan ölkələrdən hansısa məcburi tədbirlər görülməsini tələb etməyən sənədin beynəlxalq əməkdaşlıq  baxımından böyük əhəmiyyət daşıdığını, immiqrantlara insan hüquqlarından istifadələrinə   imkan yaradacağını bildirib.

BMT Baş katibi Antonio Quterres vurğulayıb ki: Pakt, 260 milyon qədər  qaçqının 50% -ni təşkil edən  və qeyri  adi  şərtlər altında yaşayan qadın və gənc miqrantların səsi olacaq”.

Nizamsız  köç səbəbiylə həyatını  itirənlərin  sayında  artım qeydə  alındığını  ifadə edən  Quterres, 2000-ci ildən bəri 60 mindən çox miqrantın  həyatını itirdiyini sözlərinə  əlavə  edib.   

BMT-nin 73-cü Baş asambleyasının sədri Maria Fernanda Espinosa da çıxışında: “İmzalanan pakt, qaçqınların doğma vətənləri, həmçinin köç etdikləri   ölkələr arasında əməkdaşlıq edilməsinə  imkan  yaradacaq”-deyib.

 Son  illərdə  köç  edənlərin sayında böyük nisbətdə  artım müşahidə  olduğunu, bunların  çoxunun ölümlə nəticələndiyini ifadə edən Espinosa, Paktın ölkələrin suverenliyinə zərər vermədiyini əksinə insan ticarətinə qarşı  mübarizədə güclü  tədbirlərin  həyata keçirilməsində, insan hüquqları və milli suverenlik başda olmaqla ölkələrin köçə qarşı mübarizələrində, miqrantların cəmiyyət ilə  uyğunlaşmalarında müst  təsir  bağışlayacağını  vurğulayıb.

Almaniya kansleri Angela Merkel və İspaniya baş naziri Pedro Sanchezin də qatıldığı  konfransda  bəzi ölkələrin dövlət və hökumət  başçılarının  çıxışı gözlənir. İki gün davam edəcək tidbirdə  Türkiyəni  Daxili işlər naziri 

Süleyman Soylu təmsil edir.

Qeyd edək ki, Avstriya, Polşa, Çexiya, Estoniya, Bolqarıstan, Xorvatiya, ABŞ, Macarıstan, Avstraliya və İsrail pakta qoşulmayacaqlarını  bəyan etmişdilər.

 



Әlaqәli Xәbәrlәr