Cammu Kəşmirdə təhlükəsizlik qüvvələri ilə müqavimətçilər arasında qarşıdurma oldu

Hindistanın Cammu Kəşmir bölgəsində Hindistan təhlükəsizlik qüvvələri ilə müstəqillik tərəfdarı olan müqavimətçilər arasında çıxan qarşıdurmada üç müqavimətçi öldü, bir əsgər yaralandı.

1103351

 Şənbə günü alınan məlumatdan sonra məhəlləyə basqın edən təhlükəsizlik qüvvələrinin müqavimətçilərlə 18 saat döyüşdüyü bildirildi.
 
 Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri qarşıdurma zamanı məhəllədəki 5 evi partlayıcılarla darmadağın edib. Qarşıdurma ətrafda etirazlara səbəb olub,  polis daş atan izdihamı plastik güllə və gözyaşardıcı qazla dağıdıb.

Әlaqәli Xәbәrlәr