NATO Rusiyanı müqaviləyə əməl etməyə çağırdı

NATO Rusiyanı Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinə (INF) əməl etməyə çağırıb.

1100628
NATO Rusiyanı müqaviləyə əməl etməyə çağırdı

NATO Rusiyanı Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinə (INF) əməl etməyə çağırıb.

NATO-ya üzv 29 ölkənin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldəki yığıncaqlardan sonra həmin müqaviləyə dair yazılı açıqlama verdi.

Açıqlamada bildirilib ki, Rusiyanı yenidən və təcili olaraq Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinə dəqiq şəkildə əməl etməyə çağırırıq. Bu müqaviləni qorumaq artıq Rusiyanın öhdəsindədir.

Açılamada bu müqavilənin 30 ildir NATO-nun təhlükəsizliyini təmin etməkdə əhəmiyyətli töhfələri olduğu vurğulanaraq, Rusiyanın inkişaf etdirdiyi raket sistemilə müqavilənin əsaslarını pozduğu və Avroatlantik zonasının təhlükəsizliyinə təhdid təşkil etdiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, ABŞ-ın əlində Rusiyanın  Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləni pozduğuna dair dəlillər var və NATO bunları dəstəkləyir. Müttəfiqlər  Rusiyaya bununla bağlı narahatlıqlarını bildirdilər, ancaq rəsmi Moskva buna “inkar və gizlətmə” siyasətilə cavab verdi. ABŞ-ın müqaviləyə hər baxımdan əməl etməsi qarşısında Rusiyanın bu mövqeyini qəbul etmək qeyri-mümkündür.

Açıqlamada Rusiyanın müqavilənin əsaslarını pozmasının Avroatlantik bölgəsinin təhlükəsizliyini zəiflətdiyi bildirilib və NATO müttəfiqlərinin bölgənin təhlükəsizliyini qorumaq mövzsunda qətiyyətli olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr