Fransa hökuməti yeni vergi ödəmələri planını təxirə saldı

Fransada tətbiqi planlaşdırılan yeni vergi ödəmələri planı təxirə salındı.

1100291
Fransa hökuməti yeni vergi ödəmələri planını təxirə saldı

Fransada tətbiqi planlaşdırılan yeni vergi ödəmələri planı təxirə salındı.

Bunu Fransanın Baş naziri Eduard Filipp bildirib.

Filipp prezident Emmanuel Makronun banisi olduğu Cümhuriyyət Yürüşü hərəkatı millət vəkillərinə müraciətində fransızların yaşadığı çətinlikləri və qəzəbini başa düşüyünü söyləyib.

Nümayişçilərdən həyatını itirənlər və yaralananlar olduğunu, bu səbəbdən zorakılığın başa çatmasının vacibliyini vurğulayan Filipp benzinin qiymətinin bahalaşması ilə yanaşı elektirik və qaz qiymətlərinin bahalaşmasının da 6 ay üçün təxirə saldığını bildirib.

Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlilər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Dekabrın 1-də baş tutan etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 2 nəfər həyatını itirib, 1424 nəfər saxlanılıb, 1043 nəfər, o cümlədən 222 polis əməkdaşı yaralanıb.



Әlaqәli Xәbәrlәr