Tramp Pakistandan yardım istədi

Pakistan Baş naziri İmran Xan Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trampın ona məktub göndərdiyini, məktubunda Əfqanıstandakı qeyri-sabitliyin aradan qaldırılması məsələsində dəstək istədiyini söylədi.

1099540
Tramp Pakistandan yardım istədi

 Pkistanda yerli mətbuatın yaydığı xəbərə görə, ölkənin Baş naziri İmran Xan  jurnalistlərlə keçirdiyi görüşdə bu gün ABŞ prezidenti Donald Trampdan  məktub aldığını bildirib.
 
 Xan  Trampın məktubunda  Əfqanıstanda 17 ildir davam edən qeyri-sabitliyin həlli üçün Pakistandan dəstək istədiyini qeyd edib.

Pakistanın İnformasiya və Yayımçılıq naziri Favad Çaudri də sözügedən məktub ilə bağlı: "Tramp  Talibanı dialoq masasına oturtmaq məsləsində Pakistanla  əməkdaşlıq etmək istəyir" dedi.



Әlaqәli Xәbәrlәr