Emmanuel Makron Mәhәmmәd ibn Salmanla görüşdü

Fransa prezidenti Emmanuel Makron söhbәt zamanı Camal Xaşoqçi cinayәti ilә bağlı beynәlxalq istintaqın aparılmasının vacibliyini vurğulayıb.

1098482
Emmanuel Makron Mәhәmmәd ibn Salmanla görüşdü

Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) vә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd ibn Salman Argentinada keçirilәn G-20 Sammiti çәrçivәsindә görüşәrәk Camal Xaşoqçi cinayәti ilә Yәmәn mәsәlәsini müzakirә etdilәr.

Mәlumata әsasәn, Fransa prezidenti Emmanuel Makron söhbәt zamanı Camal Xaşoqçi cinayәti ilә bağlı beynәlxalq istintaqın aparılmasının vacibliyini vurğulayıb.

Fransa mәtbuat orqanlarının yaydığı xәbәrlәrә әsasәn, Avropa dövlәtlәrinin liderlәri Camal Xaşoqçi mәsәlәsindә hǝmfikirdirlǝr.

Qeyd edәk ki, Rusiya prezidenti Vladimir Putin vә  Mәhәmmәd ibn Salman da  sammit çәrçivәsindә bir araya gәliblәr.



Әlaqәli Xәbәrlәr