Qərara reaksiya olaraq xarici işlər naziri istefa etdi

Ölkə parlamentindəki səsvermədə 150 deputatdan 90-u immiqrasiya sazişinin əleyhinə səs verib.

1097797
Qərara reaksiya olaraq xarici işlər naziri istefa etdi

  Slovakiya Xarici İşlər naziri Miroslav Layçak (Lajcak) Milli Məclisin BMT-nin immiqrasiya razılaşmasına qoşulmama qərarına reaksiya olaraq istefa etdi.

  Ölkə parlamentindəki səsvermədə 150 deputatdan 90-u immiqrasiya sazişinin əleyhinə səs verib. Bununla Slovakiyanın BMT-nin qlobal miqrasiya müqaviləsinə qatılmama qərarı qəbul olunub. Hökumət müqavilənin Slovakiyanın immiqrasiya və qaçqın siyasəti ilə uyğun gəlmədiyini bildirib.

  Bu qərardan sonra Xarici İşlər naziri Miroslav Laycak vəzifəsindən istefa edib. Çünki o, ölkəsi immiqrasiya razılaşmasını imzalamazsa, istefa edəcəyini söyləmişdi.

  Xatırladaq ki, qanunən məcburi olmayan razılaşmaya ABŞ, Macarıstan və Avstriya da imza atmayacağını açıqlayıb.

  Qeyd edək ki, BMT-nin qlobal miqyasda ilk köç razılaşması sayılan "Təhlükəsiz, daimi və nizamlı köç üçün qlobal pakt"ı Mərakeşin Marrakeş şəhərində 10-11 dekabrda keçiriləcək konfransda qəbul ediləcək.



Әlaqәli Xәbәrlәr