Şengen bölgəsində sərhəd yoxlamalarıla bağlı qərar verildi

AP Baş Assambleyası Şengen bölgəsində daxili sərhəd yoxlamalarına dair qərarı təsdiq edib.

1097659
Şengen bölgəsində sərhəd yoxlamalarıla bağlı qərar verildi

  Avropa Parlamenti Şengen (Schengen) bölgəsindəki daxili sərhəd yoxlamalarının 6 ay əvəzinə 2 ay müddətinə həyata keçirilməsini və bu  tətbiqin ən çox bir il keçərli olmasını tələb edib.

  AP Baş Assambleyası Şengen bölgəsində daxili sərhəd yoxlamalarına dair qərarı təsdiq edib.

  Avropa Parlamenti üzvləri tərəfindən 241 əleyhinə səsinə qarşı 319 lehinə səslə qəbul edilən qərarda Şengen bölgəsi ölkələrinin daxili sərhəd nəzarətini 6 ay əvəzinə 2 aya endirmək tələb edilib.

  Aİ nazirlərinin müzakirə mövqeyini müəyyən edən qərar mətnində daxili sərhəd yoxlamalarının sərbəst hərəkətə mənfi təsir etdiyi, buna görə, təhlükəsizliyi təhdid edən müstəsna hallardan başqa, azaldılması lazım bilinib.

  Qeyd edək ki, 2015-ci ildə Avropa İttifaqında nizamsız qaçqın böhranından sonra hal-hazırda Avstriya, Almaniya, Danimarka, İsveç və Norveçdə daxili sərhəd nəzarət məntəqələri yerləşir.



Әlaqәli Xәbәrlәr