Mərkəzi Amerikadan Meksikaya çatan köçkünlərin sayı

“Prensa Latina”da yer alan xəbərə görə...

1097494
Mərkəzi Amerikadan Meksikaya çatan köçkünlərin sayı

  Mərkəzi Amerika ölkələrindən yola çıxaraq Meksikanın Baxa Kaliforniya (Baja California) əyalətindəki Tixuana (Tijuana) şəhərinə gedən köçkünlərin sayı 9 min olub.

  “Prensa Latina”da yer alan xəbərə görə, Tixuana şəhərinin meri Xuan Manuel Qastelum (Juan Manuel Gastelum) Amerika Birləşmiş Ştatlarına keçmək üçün gələn köçkün sayının 9 minə çatdığını, hələ 2 min qaçqının da gəlməsinin gözlənildiyini söyləyərək deyib: “Tixuanda bu qədər insan üçün kifayət qədər infrastruktur və imkan yoxdur. Qaçqınların ərzaq və dərman ehtiyaclarını ödəmək üçün hökumətin köməyi lazımdır”.

  Bu arada qeyd edək ki, Meksika hökuməti ABŞ-dan 25 noyabrda sərhəddə meydana gələn və bu ölkənin təhlükəsizlik qüvvələrinin bibər qazlı müdaxiləsi ilə yatırılan hadisələrin araşdırılmasını istəyib.

  Meksikanın ABŞ sərhədindəki Tixuana şəhərinə keçən həftə çatan Mərkəzi Amerika köçkünlərindən bir qrup nümayişçi miqrasiya müraciətlərinin ləng aparılması ilə əlaqədar təşkil etdikləri mitinq zamanı iki ölkə arasındakı divarı keçməyə çalışdığı üçün sərhəd qapıları ikitərəfli keçidlərə bağlanmışdı.

  ABŞ gömrük rəsmiləri gündə təxminən 100 köçkünün müraciətinə baxdığı üçün gələnlərin şəhərdə aylarla gözləyəməli olacağı görünür.



Әlaqәli Xәbәrlәr