Gürcüstanda keçirilәn prezident seçkilәrindә Salome Zurabişvili qәlәbә qazanıb

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

1097483
Gürcüstanda keçirilәn prezident seçkilәrindә Salome Zurabişvili qәlәbә qazanıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb.

İlkin rəsmi məlumatlara əsasən dairələrin böyük əksəriyyətində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili qalib gəlib.

Salome Zurabişvili 59,54  faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.

“Vahid Milli Hərəkat” partiyasının və “Güc birlikdədir” müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze isə 40,46 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

Salome Zurabişvili Gürcüstanın ümumxalq səsverməsi ilə seçilən sonuncu prezidenti olacaq. 2024-cü ildə ölkə prezidenti parlamentin deputatları, quberniya və bələdiyyə rəhbərləri tərəfindən seçiləcək.

Konstitusiyaya uyğun olaraq Salome Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq.



Әlaqәli Xәbәrlәr