Sloveniya Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə ilk dəfə qadın təyin edilib

Sloveniya tarixində ilk dəfə Silahlı Qüvvələrin Baş Qərargah rəisi qadın olacaq.

1096335
Sloveniya Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə ilk dəfə qadın təyin edilib

Sloveniya tarixində ilk dəfə Silahlı Qüvvələrin Baş Qərargah rəisi qadın olacaq. Sloveniya hökuməti general-mayor Alenka Ermentsin (Alenka Ermenc)  bu vəzifəyə təyin edilməsi barədə qərar qəbul edib.

Məlumata görə, Erments eyni zamanda NATO ölkələri içərisində yeganə qadın ordu rəhbəridir.

İndiyədək Baş Qərargah rəisinin müavini vəzifəsində çalışan 55 yaşlı Ermentsə ötən həftə general-mayor rütbəsi verilib və adı ölkədə general ranqına yüksələn ilk qadın kimi tarixə düşüb.



Әlaqәli Xәbәrlәr