D.Peskov Ukraynada elan edilәn hәrbi vәziyyәtlә bağlı bәyanat verdi

Dmitri Peskov Kerç Boğazında Rusiya ilә Ukrayna arasında yaşanan gәrginlikdәn sonra Ukraynada elan edilәn hәrbi vәziyyәti qiymәtlәndirib.

1095974
D.Peskov Ukraynada elan edilәn hәrbi vәziyyәtlә bağlı bәyanat verdi

Rusiya Prezident Aparatının mәtbuat katibi Dmitri Peskov Ukraynada elan edilәn hәrbi vәziyyәtin  ölkәnin cәnub-şәrqindәki münaqişә bölgәsindә gәrginliyi artıracağını irәli sürdü.

Dmitri Peskov Kerç Boğazında Rusiya ilә Ukrayna arasında yaşanan gәrginlikdәn sonra Ukraynada elan edilәn hәrbi vәziyyәti qiymәtlәndirib.

Hәrbi vәziyyәtlә bağlı qәrarın Ukraynanın öz daxili mәsәlәsi olduğunu bildirәn Dmitri Peskov deyib: ‘‘Ukraynanın bәzi bölgәlәrdә hәrbi vәziyyәtin tәtbiq edilmәsi münaqişә bölgәsindә gәrginliyin artmasına sәbәb ola bilәr’’.

Qeyd edək ki, dünən səhər saatlarında Azov dənizində Rusiyaya məxsus döyüş gəmiləri ilə Ukrayna döyüş gəmilərinin qarşı-qarşıya gəldiyi qeyd edilmiş, Rusiyaya məxsus  gəmilər Rusiya su sərhədlərinə daxil olduğu iddiası ilə Ukrayna döyüş gəmilərinə müdaxilə etmişdi.

Ukrayna Hərbi Dəniz Qüvvələri Komandanlığı Azov dənizindəki Kerç Boğazı ətrafında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid sərhəd təhlükəsizliyi gəmisindən Ukrayna döyüş gəmilərinə atəş açıldığını bildirmişdi. Komandanlıqdan verilən məlumatda açılan atəş nəticəsində iki  Ukrayna әsgәrinin yaralandığı, Ukraynaya məxsus gəminin  zərər gördüyü vә Ukrayna gəmilərinin Rusiya xüsusi qüvvələri tərəfindən ələ keçirildiyi qeyd edilmişdi.

 

 



Әlaqәli Xәbәrlәr