Rәsmi Pekin Pakistana çağırış etdi

Rәsmi Pekin Çinin Pakistanın Karaçi şәhәrindәki Konsulluğuna edilәn hücumu qınayıb.

1093833
Rәsmi Pekin Pakistana çağırış etdi

Rәsmi Pekin Çinin Pakistanın Karaçi şәhәrindәki konsulluğuna edilәn hücumu qınayıb.

Çinin Xarici İşlәr Nazirliyinin sözcüsü Qinq Şuanq (Ging Şuang) paytaxt Pekindә keçirdiyi fövqәladә mәtbuat konfransında hücumu qınayaraq Pakistan orqanlarına çinli diplomatların tәhlükәsizliyinin tәmin olunması üçün lazımi tәdbirlәri görmәlәri ilә әlaqәdar çağırış edib.

Karaçinin Klifton Blok bölgәsindә üç tәcavüzkarın konsulluq binasına  daxil ola bilmәdiyini qeyd edәn Qinq Şuanq  bütün diplomatların tәhlükәsizlikdә olduqlarını bildirib.

Qinq Şuanq hücum nәticәsindә hәlak olan  polislәrin ailәlәrinә başsağlığı verib.

Qeyd edәk ki, Çinin Pakistanın Karaçi şәhәrindәki konsulluğuna bu gün edilәn silahlı vә bombalı hücum nәticәsindә iki polis әmәkdaşı hәlak olub.

Karaçi Polis İdarәsinin rәisi Amir Şaik Karaçinin Klifton Blok bölgәsindә üç tәcavüzkarın Çinin bu şәhәrdәki konsulluğuna daxil olmağa çalışdığını bildirib.



Әlaqәli Xәbәrlәr