Fransa Xaşoqçi cinayətində əli olan 18 nəfərə ölkəyə giriş qadağası qoydu

Fransa Xarici İşlər Nazirliyi bəyanat yaydı.

1093335
Fransa Xaşoqçi cinayətində əli olan 18 nəfərə ölkəyə giriş qadağası qoydu

 Fransa Xarici İşlər Nazirliyi bəyanat yaydı.
  
Bəyanatda Fransanın Səudiyyə jurnalisti Camal Xaşoqçi cinayəti ilə əlaqəsi olan 18 nəfərə ölkəyə giriş qadağası qoyulduğu və qadağanın schengen bölgəsini də əhatə etdiyi bildirilir.
 
 Bu sanksiyaların istintaqın gedişinə görə nəzərdən keçirilə, və ya genişləndirilə biləcəyi vurğulanan bəyanatda Fransanın Camal Xaşoqçi cinayətinə dair bütün həqiqətlərin ortaya çıxmasını istədiyi və Səudiyyə Ərəbistanından bu məsələ ilə bağlı şəffaf və ətraflı cavab gözlədiyi qeyd edilir.
 
Xarici İşlər Nazirliyinin bəyanatında insan haqlarının ciddi şəkildə pozulması hallarında Fransanın avropalı tərəfdaşları ilə birgə Avropa İttifaqının tətbiq edəcəyi sanksiyaları üzərində işlədiyi də ifadə olunur.
 
 Fransa Xarici İşlər naziri  Jan-İv Le Drian (Jean-Yves Le Drian) bir gün əvvəl Xaşoqçi cinayəti ilə bağlı: "Biz də cinayətə dair aldığımız məlumatlar əsasında qısa müddət ərzində bir sıra sanksiya tətbiq edəcəyik" demişdi.
 
 Almaniya Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Kristofer Burger də Federal Mətbuat Mərkəzində bir neçə gün əvvəl keçirilən mətbuat konfransında  Səudiyyə jurnalisti Camal Xaşoqçinin qətlində əli olan 18 nəfərə ölkəyə giriş qadağası qoyulduğunu bildirmişdi.
 
 Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Xaşoqçi oktyabrın 2-də  Səudiyyə Ərəbistanı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilib.



Әlaqәli Xәbәrlәr