Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb

Bu barәdә ölkә rәsmilәri tәrәfindәn verilәn mәlumatda bildirilir.

1091993
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 81 nəfərə çatıb.

Bu barәdә ölkә rәsmilәri tәrәfindәn verilәn mәlumatda bildirilir.

Mәlumata әsasәn,  xilasedicilər ərazidə daha iki  nəfərin cəsədini tapıblar. 700 nәfәrin itkin düşdüyünü bildirilir.

Rәsmilәrin mәlumatına görә, alov tәxminәn 12 min tikilini, әsasәn dә yaşayış binalarını mәhv edib.

Bölgәyә çox sayda  yanğınsöndürәnin cәlb olunduğu qeyd olunub.

Qeyd edәk  ki, meşə yanğınları noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 60 min hektara yaxınlaşır. 300 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Yanğın nәticәsindә mәhv olan tikililәr arasında şotlandiyalı aktyor Cerard Butler (Gerard Butler), müğәnni  Mayli Sayrus (Miley Cyrus), aktyor Skot Bayo (Scott Baio), rejissor Qilyermo del Toro (Guillermo del Toro), Kim Kardaşyan (Kim Kardashian), aktrisa  Alisa Milano (Alyssa Milano) vә Rain Vilsonun  (Rainn Wilson) evlәri dә var.



Әlaqәli Xәbәrlәr