Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi G-20 sammitinә qatılacaq

Bu barәdә Sәudiyyә Әrәbistanının Enerji naziri Xalid Әbdülәziz әl-Falih mәlumat verib.

1091466
Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi G-20 sammitinә qatılacaq

Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi  Mәhәmmәd bin Salman sәudiyyәli jurnalist Camal Xaşoqçi cinayәtindәn sonra xaricә ilk sәfәrini hәyata keçirdi.

Sәudiyyә Әrәbistanı mediasının yaydığı xәbәrә әsasәn, ölkәnin eneri naziri Xalid Әbdülәziz  әl-Falih vәliәhd şahzadә Mәhәmmәd bin Salmanın  30 noyabr-1 dekabr tarixlәrindә  Argentinada keçirilmәsi planlaşdırılan G-20 sammitinә qatılacağını deyib.

Xalid Әbdülәziz әl-Falih sözügedәn sәfәrin başda Argentinadan başqa hansı ölkәlәri әhatә әdәcәyinә dair mәlumat vermәyib.

Qeyd edәk ki, ‘‘Washington Post’’ qәzetinin müxbiri Camal Xaşoqçi 2018-ci ilin 2 oktyabr tarixindә Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluq binasına daxil olduqdan sonra itkin düşmüşdü.



Әlaqәli Xәbәrlәr