Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 79  nəfərə çatıb

Bu barәdә Brute bölgәsinin şerifi Kori Honea keçirdiyi mәtbuat konfransında mәlumat verib.

1091220
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 79  nəfərə çatıb

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı 79  nəfərə çatıb.

Bu barәdә Brute bölgәsinin şerifi Kori Honea keçirdiyi mәtbuat konfransında mәlumat verib.

Mәlumata әsasәn, xilasedicilər ərazidə daha iki  nəfərin cəsədini tapıblar.

Onların mәlumatına görә, alov tәxminәn 12 min tikilini, әsasәn dә yaşayış binalarını mәhv edib.

Bölgәyә çox sayda  yanğınsöndürәnin cәlb olunduğu bildirilir.

Yanğın nәticәsindә mәhv olan tikililәr arasında şotlandiyalı aktyor Cerard Butler (Gerard Butler), müğәnni  Mayli Sayrus (Miley Cyrus), aktyor Skot Bayo (Scott Baio), rejissor Qilyermo del Toro (Guillermo del Toro), Kim Kardaşyan (Kim Kardashian), aktrisa  Alisa Milano (Alyssa Milano) vә Rain Vilsonun  (Rainn Wilson) evlәri dә var.

Qeyd edәk ki, ABŞ Prezidenti Donald Tramp ştatın Byutt, Ventura və Los-Anceles dairələrində federal səviyyədə fövqəladə vəziyyət elan etmişdi.

Qeyd edәk  ki, meşə yanğınları noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 60 min hektara yaxınlaşır. 300 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr