20 noyabr - Ümumdünya Uşaq Haqqları Günüdür

Dünyada hər bir dəqiqədə 12 uşaq ölür

1091704
20 noyabr - Ümumdünya Uşaq Haqqları Günüdür
cocuk.jpg
suriyeli cocuk.jpg
filistin cocuk.jpg
cocuk-aclik.jpg
cocuklar yoksulluk.jpg

Uşaqlar xəstəlik, aclıq və müharibə şəraitində yaşamaq üçün mübarizə aparırlar.

Müharibənin mənfi şərtləri, üstlərinə atılan bombalar, əlverişsiz həyat şərtlərində kiçik bədənlərini gəmirən xəstəliklər və aclıq…

Bunlar 20 noyabr Ümumdünya Uşaq Haqqları Günündə uşaq olmaq bir tərəfə, insan olma hüququ belə verilməyən dünya uşaqlarının yaşadığı fəciələrdən bir neçəsidir.

BMT-nin hesabatları dəhşətli rəqəmləri ortaya qoyur.

2017-ci ildə hər 5 saniyədə bir, 15 yaşdan aşağı uşaq qarşısı alına biləcək xəstəliklər səbəbindən həyatını itirdi. Nəticə çox ağırdır: Təqribən 6,5 milyon uşaq öldü.

Təcili tədbir görülməyəcəyi təqdirdə 5 yaşdan aşağı 56 milyon uşağın 2030-cu ilədək dərman, içməli su, elektirik enerjisi və peyvəndə qovuşma probleminə görə ölüm təhlükəsi olduğu ifadə edilir.  

Hər bir dəqiqədə 12 uşaq, hər 5 saniyədə bir uşaq qarşısı alına bilən xəstəliklərə görə ölür.

720 milyon uşaq zorakılığa məruz qalır.

BMT hər gün uşaqların təzyiq, cinsi zorakılıq və silahlı şiddət təhlükəsilə qarşı-qarşıya olduğunu vurğulayır.

Bütün dünyada qanuni hüquqları pozulan uşaqları xatırlamağı təmin edəcək Ümumdünya Uşaq Haqları Günü onlar üçün gülən bir pəncərə açacaq addımları məqsəd götürür.

 BMT-nin Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir.



Әlaqәli Xәbәrlәr