Tereza Mey: "Baş nazir kimi vəzifəm referendumda ifadə olunan xalqın iradəsini həyata keçirməkdir"

İngiltərə Baş naziri  Tereza Meydən (Theresa May) "vəzifəmin başındayam" ismarışı gəldi.

1088999
Tereza Mey: "Baş nazir kimi vəzifəm referendumda ifadə olunan xalqın iradəsini həyata keçirməkdir"

İngiltərə Baş naziri  Tereza Mey (Theresa May) aralarında Brexit məsələləri üzrə nazirin də olduğu 4 nazirin istefasından sonra mətbuat konfransı keçirdi.
 
 Mey barəsində etimadsızlıq səsverməsi keçirilməsi halında nə edəcəyi ilə bağlı suala belə cavab verdi: "Baş nazir kimi mənim vəzifəm  referendumda ifadə olunan xalqın iradəsini həyata keçirməkdir. Bu işi sona qədər aparacağam".
 
 Tereza Mey istefalardan kədərləndiyini, lakin bu müqavilənin doğruluğuna inandığını vurğuladı.
 
 Digər tərəfdən Mühafizəkar Partiyasından olan Yakob Ris-Moq (Jacob Rees-Mogg) Meyın Aİ ilə bağladığı Brexit müqaviləsini əsas göstərərək etimadsızlıq səsverməsinin keçirilməsini təklif etdi.
 
Mühafizəkar Partiyasının nizamnaməsinə görə 48 deputat müraciət edərsə, qrupda etimadsızlıq səsverməsi keçirilə bilər.
 
 Qeyd edək ki, İngiltərədə Baş naziri Tereza Meyin rəhbərlik etdiyi Nazirlər Kabineti Brexit müqaviləsini təsdiq etdikdən  sonra dünən  Brexit məsələləri üzrə nazir Dominik Raab, Şimali İrlandiya İşləri üzrə  nazir Şeyleş Vara, Əmək və Pensiya İşləri naziri Ester Makvey istefa veriblər.



Әlaqәli Xәbәrlәr