İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә yaralanan fәlәstinli şәhid oldu

İşğal altındakı Qәzza zolağında iki hәftә әvvәl  ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn aksiya zamanı İsrail әsgәrlәrinin açdığı atәş nәticәsindә yaralanan fәlәstinli gәnc şәhid olub.

1085489

Fәlәstin  Sәhiyyә Nazirliyindәn verilәn yazılı açıqlamada  iki hәftә әvvәl Ramalah şәhәrinin Mezraa әl-Qarbiyyә bölgәsindә ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn aksiya zamanı yaralanan vә Ramalahdakı xәstәxanaya çatdırılan fәlәstinli gәncin edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq şәhid olduğu bildirilib.

Fələstinlilər martın 30-dan etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә 200-dәn çox fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.

Әlaqәli Xәbәrlәr