Makron Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı səfərə çıxıb

Fransa prezidenti Emmanuel Makron Strasburqda alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.

1081497
Makron Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı səfərə çıxıb

Birinci Dünya müharibəsi (1914-1918) qələbəsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı Fransanın şərqi və şimalı istiqamətində səfərə çıxan prezident Emmanuel Makron Strasburqda alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb. Strasburq katedralında Fransa-Almaniya barışığının 100 illiyi ilə bağlı konsert tədbiri keçirilib. Makron və Staynmayer konsreti birlikdə izləyiblər.

Birinci Dünya müharibəsində qələbənin 100 illiyi münasibəti ilə prezident Emmanuel Makron bir həftə ərazində 11 departamentin 16-ya qədər şəhərində tədbirlərdə iştirak edərək müharibə qurbanlarının xatirəsini yad edəcək. Makrona bir sıra ölkələrin liderləri də müşayiət edəcək.  

Qeyd edək ki, 1914-1918-ci illər müharibəsində 8 milyon fransız iştirak edib ki, onlardan 1,4 milyonu döyüşlərdə həlak olub.

Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Parisdəki mərasimlər prezident Makronun Zəfər Tağı altındakı naməlum əsgər qəbri önündə məşəli alovlandırması ilə start götürəcək və Prezident Sarayında liderlərin bir araya gələcəyi günorta yeməyilə davam edəcək.

Mərasimdə iştirak edəcək 80-ə yaxın dövlət və hökumət başçısı ilk dəfə keçiriləcək Paris Sülh Forumuna da qatılacaq.



Әlaqәli Xәbәrlәr