"Atamızın cəsədi bizə verilmədən ailəmiz yas tuta bilməz"

Səudiyyə jurnalisti Camal Xaşoqcinin oğulları, Salah və Abdullah Xaşoqci atalarının öldürülməsindən sonra ilk dəfə “CNN İnternational”a açıqlama verib.

1081411
"Atamızın cəsədi bizə verilmədən ailəmiz yas tuta bilməz"

Səudiyyə jurnalisti Camal Xaşoqcinin oğulları, Salah və Abdullah Xaşoqci atalarının öldürülməsindən sonra ilk dəfə “CNN İnternational”a açıqlama verib.

Jurnalistin oğulları "Atamızın cəsədi bizə verilmədən ailəmiz yas tuta bilməz və bu mövzunu bağlaya bilməz" deyə bildiriblər.

Camal Xaşoqcinin 35 yaşındakı oğlu Salah ilə 33 yaşındakı oğlu Abdullah Amerikanın “CNN” kanalına verdikləri müsahibədə, atalarını acı bir şəkildə itirdiklərini söyləyiblər.

Atalarını "çox cəsarətli, səxavətli və çox cəsur bir adam" olaraq yad edən iki qardaş, "Atamazın cəsədi bizə verilmədən, ailəmiz yas tuta bilməz və bu mövzunu bağlaya bilməz." deyə qeyd ediblər.

Salah Qaşıqçı, "Bu anda tək istədiyimiz, atamızı Mədinədəki El Baki qəbiristanlığına ailəsinin digər üzvlərinin yanına dəfn edə bilməkdir. Səudiyyə rəsmiləri ilə danışdım, ümid edirəm ən qısa zamanda bunu reallaşdıra biləcəyik" deyib.

Qaşıqçının öldürülməsi ilə bağlı prosesi hər kəs kimi biz də ilk gündən bəri izləyirik deyən Salah, “İnsanlar bizdə daha çox məlumatın olduğunu düşünürlər, amma təəssüf ki, belə deyil" deyə söyləyib.

Salah atasının, uşaqları və nəvələrinə yaxın olmaq üçün Vaşinqtondan Türkiyəyə köçmək istədiyini dilə gətirib

İstintaqın bitməsi və gerçəklərin ortaya çıxması üçün gözlədiklərini deyən Salah, "Kral bu işə qarışan hər kəsin ədalətə təhvil veriləcıyini söyləyir. Buna inanıram. Bu olacaq" deyə bildirib.

Birləşmiş Ərəb Əmirliklərində yaşayan Xaşoqcinin kiçik oğlu Abdullah cinayətdən əvvəl atasının Türkiyədə olduğunu eşidincə, bura gedib atası və nişanlısı Xədicə Cengiz ilə vaxt keçirdiyini söyləyib: "Babam xoşbəxt idi. Onunla görüşmək mənim üçün bir fürsət idi. İstanbulda yaxşı vaxt keçirdik. Onun son zamanlarını gördüyüm üçün çox məmnunam".

Abdullah atasının hüzur içində öldüyünə ümid etdiyini də dilə gətirib.



Әlaqәli Xәbәrlәr