Emmanuel Makron: "Avropa parçalanma və suverenliyini itirmə riski ilə üz-üzədir"

Fransa prezidenti Emmanuel Makron Fransanın ən çox oxunan qəzeti "Ouest France"amüsahibə verdi.

1080069
Emmanuel Makron: "Avropa parçalanma və suverenliyini itirmə riski ilə üz-üzədir"

Fransa prezidenti Emmanuel Makron Fransanın ən çox oxunan qəzeti "Ouest France"a I Dünya müharibəsinin 100-cü ildönümü münasibətilə noyabrın 4-də başlayacağı səfərlər haqqında məlumat verdi.
 
 Makron müsahibəsində Avropada son dövrdə yüksək tonla səsləndirilən ifrat sağ və millətçi ifadələrə diqqət çəkərək bunları söylədi: "Yaşadığımız anlar iki müharibə arasına bənzəyir. Qorxular, millətçi özünəqapanmalar, iqtisadi böhranın nəticələri ilə bölünən Avropada I Dünya müharibəsindən (1914-1918) 1929-cu il iqtisadi böhranına qədər, həyata təsir edən demək olar ki, bütün hadisələri görürük". 
 
 Fransa prezidenti: "Avropa xarici qüvvələrin müdaxiləsi və millətçi cüzamı nəticəsində parçalanma və beləliklə, suverenliyini itirmə riski ilə üz-üzədir" deyərək, Avropanın ABŞ tərəfindən qorunmağa möhtac olduğunu, Çinin getdikcə artan təsirinin müşahidə olunduğunu, Rusiyanın isə manipulyasiyalarla Avropaya müdaxilə etməyə çalışdığını qeyd etdi.
 
 Macron noyabrın 11-də Parisdə keçiriləcək I Dünya müharibəsinin 100-cü ildönümünü yadetmə mərasimlərindən əvvəl Fransanın şərqi və şimalında görüşlər keçirəcəyini , bu görüşlər zamanı müharibədə həlak olanları xatırlanacağını, yaşananları dərk etməyə çalışacağını bildirdi.
 
 Qeyd edək ki, Emmanuel Macronun noyabrın 4-ü,  bazar günü Strasburqda başlayacağı "yüz il turu"na Almaniya prezidenti Frank-Uolter Steinmeier, İngiltərə Baş naziri Tereza Mey, Mali prezidenti İbrahim Boubakar Keita və Almaniya kansleri Angela Merkel qatılacaqlar.



Әlaqәli Xәbәrlәr