İş mühitinin yaxşılaşdırılmasına dair islahatlarda  artım qeydə  alınıb

Dünyada iş mühitinin yaxşılaşdırılmasına yönəldilmiş islahatların sayında   rekord   artım  qeydə   alınıb.  Bu  sahədə   bir  il  ərzində   həyata  keçirilən  islahatların  sayı    314-ə yüksəlib.

1079450
İş mühitinin yaxşılaşdırılmasına dair islahatlarda  artım qeydə  alınıb

Dünya Bankının  İyun 2017- May 2018   tarixləri   əhatə  edən    hesabatına  görə, dünya   ölkələrində    bir  ildə  128   hökumət   tərəfindən  asan xidmət ilə  əlaqəli  314    islahat  həyata  keçirilib.  Bu  bütün  dövrlərə  müqayisədə  asan  xidmət  islahatları  ilə   əlaqəli  ən   yüksək  sayı  hesab  edilir.  

Dünya Bankı  tərəfindən 2003-cü ildən  bəri   hazırlanan   hesabatda    asan  xidmət   baxımından dünyanın ən yaxşı 10 ölkəsinin, Yeni Zelandiya, Sinqapur, Danimarka, Honkonq, Çin, Cənubi Koreya, Gürcüstan, Norveç, ABŞ, Böyük Britaniya və Makedoniya   olduğu  bildirilir.

Hesabatda asan xidmət  reformları baxımından   inkişaf   edən     ölkələrin     başında  isə   Əfqanıstan, Cibuti, Çin, Azərbaycan, Hindistan, Toqo, Keniya, Fildişi sahilləri, Türkiyə və Ruandanın  olduğuna  diqqət   çəkilib.

Hesabatda  qeyd  edilib  ki,   iyun 2017-May 2018 arasında asan xidmət ilə   əlaqəli    Türkiyədə   7  islahat  həyata  keçirilib. Beləcə    ötən    dövrlə  müqayisədə  17 pillə   yüksələrək  43-cü   sırada  yerləşib. 



Әlaqәli Xәbәrlәr