ABŞ ilə Türkiyə arasında koordinasiyalı hərəkət daha məqbul münasibətdir

Bunu  ABŞ Dövlət Departamenti sözçüsünün müavini Robert Palladino mıətbuat brifinqində söylədi.

1079304
ABŞ ilə Türkiyə arasında koordinasiyalı hərəkət daha məqbul münasibətdir

 ABŞ Dövlət Departamenti sözçüsünün müavini Robert Palladino kameralara qapalı keçirilən brifinqdə bəzi məsələlərlə bağlı açıqlamalar verdi.
 
 Suriyanın şimalına hər hansı bir tərəfin hücum etməsinin regionda amerikan əsgərlərinin də ola bilməsi ehtimalı səbəbindən narahatlıq yaratdığını bildirən Palladino: "Türkiyənin təhlükəsizliyi ilə əlaqədar narahatlığı məsələsində ABŞ ilə Türkiyə arasındakı koordinasiyalı fəaliyyət və məsləhətləşmələr daha məqbul münasibətdir" dedi.
 
 Palladino bununla bağlı Münbiç yol xəritəsini nümunə göstərdi, ABŞ ilə Türkiyənin aktiv şəkildə birgə təlimlərə davam etdiyini qeyd etdi.
 
 Sözçü müavini  Türkiyə Silahlı Qüvvələrinin Hələbin Eyn Əl Ərəb rayonundakı terror təşkilatı YPG/PKK-ya aid mövqeləri vurması səbəbindən təşkilatın DEAŞ-la mübarizəni dayandıracağı barəsindəki açıqlaması ilə bağlı verilən suala: " Türkiyə NATO üzvüdür və DEAŞ əleyhinə koalisiyanın əhəmiyyətli tərəfdaşıdır" cavabını verdi.



Әlaqәli Xәbәrlәr