Danimarka İrandakı səfirini geri çağırdı

Danimarka Xarici işlər naziri Anders Samuelsen təşkil etdiyi mətbuat konfransında bildirib ki, İran kəşfiyyatının, Danimarkada sui-qəsd cəhdinə dair planlarına görə mövzunu təhlil etmək məqsədiylə Tehrandakı səfirimizi geri çağırdıq.

1078620
Danimarka İrandakı səfirini geri çağırdı

İranın Danimarkada sui-qəsd törətməsi qəbul edilməzdir, deyən Samuelsen, bunun ciddi məsələ olduğuna diqqət çəkib. Böyük Britaniya Baş naziri Theresa May və ABŞ dövlət departamentinin rəhbəri Mike Pompeonun açıqlamaları ilə bu sahədə ölkəsinə dəstəklərini göstərdiklərini xatırladıb və Danimarkanın Avropa İttifaqı nəzdində İrana sanksiya tətbiqinin yollarını axtaracağını vurğulayıb.

Qeyd edək ki, İran, “Ahvazın xilas edilməsi üçün Ərəb mübarizəsi hərəkatı” (ASMLA)-nın Danimarkadakı liderini öldürməyə cəhd etməkdə ittiham edilir. İranın terror təşkilatı olaraq qəbul etdiyi ‘ASMLA’-nın bir qruplaşması olan ‘Ahvaz Milli Müqavimət’, Əhvaz şəhərində 22 Sentyabrda hərbi mərasim əsnasında həyata keçirilən və 25 adamın ölümü ilə nəticələnən hadisəyə görə məsuliyyəti üzərinə götürmüşdü.

 



Әlaqәli Xәbәrlәr