İrlandiya bir gündə iki seçkiyə getdi

İrlandiyada keçirilən prezident seçkisini hazırkı prezident Maykl D Hiqqins (Michael D Higgins) qazandı.

1077134
İrlandiya bir gündə iki seçkiyə getdi

  İrlandiyada 2011-ci ilin noyabr ayından bu yana prezident vəzifəsini icra edən 77 yaşlı Maykl D Hiqqins 27 oktyabrda keçirilən seçkidə yerini qoruyub.

  Rəsmi rəqəmlərə görə, İrlandiyada prezident seçkisində 1 milyon 473 min 900 seçici iştirak edib.

  Seçicilərin 822 min 566-sı prezidenti Maykl D Hiqqinsə, 342 min 727-si Piter Keysiyə (Piter Casey), 94 min 514-ü Şon Qallaxerə (Sean Gallagher), 93 min 987-si Liadh Ni Riadaya, 87 min 908-i Con Frimana (Joan Freeman), 32 min 198-i Qevin Daffiyə (Qavin Duffy) səs verib.

  İrlandiya xalqı, eyni zamanda, konstitusiyadakı "dinə təhqir" maddəsinin də qaldırılması üçün referenduma gedib və 71 faiz "lehinə" deyib.



Әlaqәli Xәbәrlәr