ABŞ Hizbullaha qarşı yeni sanksiya gətirdi

ABŞ prezidenti Donald Tramp 1983-ci ildə Livanın paytaxtı Beyrutda 241 Amerika əsgərinin öldürülməsinin 35-ci ildönümü mərasimində Hizbullaha qarşı yeni sanksiyalar gətirildiyini açıqladı.

1076002
ABŞ Hizbullaha qarşı yeni sanksiya gətirdi

  Amerika Birləşmiş Ştatları Hizbullaha qarşı yeni sanksiya gətirdi.

  ABŞ prezidenti Donald Tramp 1983-ci ildə Livanın paytaxtı Beyrutda 241 Amerika əsgərinin öldürülməsinin 35-ci ildönümü mərasimində Hizbullaha qarşı yeni sanksiyalar gətirildiyini açıqlayaraq dedi:

  “Hizbullahı hədəfə alan "Hizbullahın Beynəlxalq Sponsorunu Əngəlləmə Dəyişikliyi" (HIPAA) adlı yeni qanun imzaladıq.

  Livandakı ABŞ əsgərlərinə qarşı hücum İvo Cimadan (İwo Jima) sonra bir gün içində ən çox ABŞ əsgərinin öldürüldüyü hadisədir.”  

  Ağ Evdən məsələ ilə bağlı edilən açıqlamada da Tramp rəhbərliyinin İran və Hizbullaha qarşı yeni sanksiyaları haqqında məlumat verilib: “Yeni qanuna görə, məqsəd Hizbullahı beynəlxalq aləmdə təkləməkdir. Bu sanksiyalar Hizbullaha dəstək verən xarici şəxs, təşkilat və hökumətləri də hədəfə alacaq”.



Әlaqәli Xәbәrlәr