ABŞ-da işsizlik maaşı üçün müraciət edənlərin sayı yüksəldi

Amerika Birləşmiş Ştatlarında  ilk dəfə işsizlik maaşı üçün müraciət edənlərin sayı ötən həftə 215 minə çıxdı.

1075693
ABŞ-da işsizlik maaşı üçün müraciət edənlərin sayı yüksəldi

Amerika Birləşmiş Ştatlarında  ilk dəfə işsizlik maaşı üçün müraciət edənlərin sayı ötən həftə 215 minə çıxdı.
 
 ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, ölkədə ilk dəfə işsizlik maaşı tələb edənlərin sayı 20 oktyabr ilə bitən həftədə əvvəlki həftə ilə müqayisədə 5 min nəfər artaraq, 215 min nəfər olub. 

Müraciətlər barəsində bazar gözləntisi 214 min olaraq müəyyənləşdirmişdi.
 
Məlumatlar ötən həftədən etibarən həftəlik ortalama işsizlik maaşı müraciətlərinin 211 min 750 səviyyəsində sabit qaldığını göstərir.
 
 Digər tərəfdən, davam edən işsizlik müraciətləri 13 oktyabr həftəsində 5 min nəfərlik azalma ilə 1 milyon 636 minə geriləyərək 1973-cü ildən bu yana ən aşağı səviyyəni göstərdi.



Әlaqәli Xәbәrlәr