Rusiya XİN açıqlama verib

Türkiyə, Rusiya və İran  Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəliyi ilə koordinasiyalı şəkildə Suriyada konstitusiya komitəsinin yaradılması ilә bağlı fәaliyyәtlәrin sürәtlәndirilmәsi məsələsində razılıq әldә edib.

1075124

Rusiya Xarici İşlər Nazirliyindən verilәn  yazılı açıqlamada  Rusiya, Türkiyə və İran Xarici İşlər Nazirinin müavinlərinin Suriya məsələsi ilә bağlı dünən Moskvada Astana formatı çәrçivәsindә  iclas keçirdiklәri bildirilib.

İclasda Suriyadakı vәziyyәtin müzakirә oldunduğu qeyd olunub.

Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘ Soçidә  keçirən Suriya Milli Dialoq Konqresində qəbul edilən qərarlar istiqamətində konstitusiya komitəsinin yaradılması ilә bağlı fәaliyyәtlәrin  başlaması məsələsi müzakirə edilib. Türkiyə, Rusiya və İran suriyalıların maraqlarını nəzərə alaraq  BMT-nin Suriya üzrə xüsusi nümayəndəliyi ilə koordinasiyalı  şəkildə konstitusiya komitəsinin yaradılması ilә bağlı fәaliyyәtlәrin sürәtlәndirilmәsi mәsәlәsindә razılıq әldә edib’’.

Әlaqәli Xәbәrlәr