Makedoniya dövlətinin adı Şimali Makedoniya oldu

Səsverməyə təqdim olunan təklif millət vəkillərinin 3-də 2 səs çoxluğu ilə təmin olunub: 120 yerlik parlamentdə 80 deputat lehinə səs verib.

1072385
Makedoniya dövlətinin adı Şimali Makedoniya oldu

  Makedoniya parlamenti Yunanıstanla imzalanmış müqavilə çərçivəsində ölkənin adının Şimali Makedoniya olaraq dəyişdirilməsini əhatə edən konstitusiya dəyişikliyi təklifini qəbul etdi.

  Səsverməyə təqdim olunan təklif millət vəkillərinin 3-də 2 səs çoxluğu ilə təmin olunub: 120 yerlik parlamentdə 80 deputat lehinə səs verib.

 Konstitusiyada dəyişikliyə dair təklifin qəbul edilməsi ilə ad dəyişikliyi prosesinə yaşıl işıq yandırılmış olub.

 Bundan sonra konstitusiyada hansı maddələrdə dəyişiklik ediləcəyi səsverməyə çıxaracaq. O zaman 120 deputatdan ən azı 61-inin səsinə ehtiyac var.

  Üçüncü və sonuncu mərhələdə isə yekun olaraq konstitusiya dəyişiklikləri səsverməyə çıxaracaq. Bu son mərhələdə yenidən 3-də 2 səs çoxluğu lazımdır.

  Konstitusiyada ediləcək dəyişikliklərin ən mühümü Yunanıstanla Makedoniya arasında iyunda imzalanan müqavilə çərçivəsində Makedoniyanın adının Şimali Makedoniya olaraq dəyişdirilməsidir.



Әlaqәli Xәbәrlәr