İndoneziya və Filippində zəlzələ baş verib

İndoneziyanın Sumatra adasında yerləşən Açe əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.

1070899
İndoneziya  və  Filippində zəlzələ baş verib

İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə zəlzələnin ocağı qərbi Açə bölgəsinin 30 kilometr Şimal-şərqində 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntı, itki və ya yaralanan olub –olmadığı haqqında məlumat yoxdur.

Qeyd edək ki, 28 Sentyabrda Sulavesi adasında, Palu şəhəri yaxınlığında 7.5 bal gücündə zəlzələ baş vermiş və daha sonra eyni ərazidə 7,4 ballıq növbəti zəlzələ qeydə alınmışdı. Zəlzələdən sonra sunami baş vermişdi.

Digər tərəfdən Filippində də 5 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə zəlzələnin ocağı Lope de Veganın 3 kilometr şimalında yerləşir. Təbii fəlakətdə zərə-ziyan və can itkisinə dair məlumat yoxdur.

Xatırladaq ki, 15 oktyabr 2013-də Filippində 7,2 bal gücündəki zəlzələ nəticəsində 144 nəfər həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr