Donald Tramp  Ceyms  Mettisin istefaya gedəcəyini istisna etməyib

Bu barədə dövlət başçısı CBS telekanalının efirində söhbət açıb.

1068514
Donald Tramp  Ceyms  Mettisin istefaya gedəcəyini istisna etməyib

ABŞ prezidenti Donald Tramp Pentaqon rəhbəri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

Bu barədə dövlət başçısı CBS telekanalının efirində söhbət açıb. Donald Tramp müdafiə nazirinin mümkün istefasından danışıb.

Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp  Ceyms  Mettisin istefaya gedəcəyini istisna etməyib.

Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, Donald Tramp  əlavə edib ki, Ceyms  Mettislə münasibətləri əladır.

"Lakin ola bilsin, istefaya getsin", - deyə Donald Tramp bildirib. O, əlavə edib ki, hamı bir gün  istefa verә bilәr.

Qeyd edək ki, Amerikanın mәşhur jurnalisti Bob Vudvord Donald Tramp haqqında yazdığı kitabda  Mattisin Trampı ciddi şәkildә tәnqid etdiyini iddia etsә dә, hәr iki tәrәf bunu tәkzib etmişdi.



Әlaqәli Xәbәrlәr