“İran vətəndaşları sui-istifadə etdiyinə görə" sərbəst vizanı qaldırdılar

Serbiya Daxili İşlər naziri Neboyşa Stefanoviç (Nebojsa Stefanovic) verdiyi açıqlamada bildirib...

1066341
“İran vətəndaşları sui-istifadə etdiyinə görə" sərbəst vizanı qaldırdılar

  Serbiya “İran vətəndaşları sui-istifadə etdiyinə görə" sərbəst vizanı onlar üçün aradan qaldırdı.

  Serbiya Daxili İşlər naziri Neboyşa Stefanoviç (Nebojsa Stefanovic) verdiyi açıqlamada bildirib: “Serbiya hökumətinin verdiyi “İran vətəndaşlarına sərbəst vizanın qaldırılması qərarı” 9 oktyabrda rəsmi qəzetdə dərc olundu. İranlılara yeni viza tətbiq ediləcək. Çünki bu ölkə vətəndaşlarının bir qismi azad vizadan sui-istifadə etdi".

  Serbiyaya İran vətəndaşlarının çoxu sərbəst viza ilə turist olaraq gəlir, buradan Qərbi Avropa ölkələrinə keçmək istəyirlər.

  Qeyd edək ki, İranla Serbiya arasında viza sərbəstliyi müqaviləsi 2017-ci ildə imzalanmış, Belqrad-Tehran arasında birbaşa təyyarə reysləri isə həmin ilin mart ayından başlamışdı.



Әlaqәli Xәbәrlәr