Merkel: "Almaniya və Avropa İttifaqı Fələstin məsələsində iki dövlətli həll yolunu dəstəkləyir"
Almaniya kansleri Angela Merkel ölkəsinin və Avropa İttifaqının (Aİ) Fələstin məsələsində iki dövlətli həllə dəstək verdiyini vurğulayıb.
Almaniya kansleri Angela Merkel ölkəsinin və Avropa İttifaqının (Aİ) Fələstin məsələsində iki dövlətli həllə dəstək verdiyini vurğulayıb.
Angela Merkel bunu Fələstin Dövlət başçısı Mahmud Abbas telefon danışığında deyib.
Fələstin rəsmi xəbər agentliyi “WAFA”-nın məlumatına görə, Mahmud Abbasa telefonla zəng edən Merkəl ölkəsinin və Aİ-nin iki dövlətli həll yolu əsasında bölgədə sülhün təmin olunmasına dəstəyini dilə gətirib. Telefon danışığında Merkel Mahmud Abbasa İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşə dair məlumat da verib.
Aİ-nin maliyyə böhranı ilə qarşı-qarşıya olan BMT-nin Fələstinli Mühacirlərə Yardım Agentliyinə vəzifəsini davam etdirməsi məqsədilə dəstək olduğunu xatırladan Merkel Qəzza zolağına dair narahatlığını da söyləyib.
Fələstin Dövlət başçısı Mahmud Abbas da Merkelə ABŞ və İsrail ilə əlaqələrə dair son məlumatları çatdırıb.
Abbas beynəlxalq qərarlar və 1967-ci ildəki sərhədlərdə iki dövlətli həll yolu əsasında müzakirələri rədd etmədiyini, siyasi prosesə sadiq olduğunu vurğulayıb.
Merkel ilə Abbas iki tərəf arasında birgə koordinasiya və görüşlərin gələcək dövrdə də davam etməsi barədə razılıq əldə edib.
Qeyd edək ki, Merkel keçən həftə İsrailə səfəri çərçivəsində bu ölkənin baş nazirilə görüş keçirdi.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb