Livanın baş naziri 10 günədək yeni hökuməti quracağını açıqladı

Livanın Baş naziri Saad Hariri 10 günədək yeni hökuməti quracağını, uğursuz olacağı təqdirdə bu vəzifəni bir daha qəbul etməyəcəyini bildirdi.

1065581

Ölkənin və iqtisadi vəziyyətin hökuməti qurma prosesinə sürət qazandırmağı vacib hala gətirdiyini vurğulayan Hariri kabinəti təşkil etmə çərçivəsindəki fəaliyyətlərini milli razılıq hökumətini qurma istiqamətində davam etdirdiyini söyləyib.

Yeni hökuməti qurmaq mövzusunda uğursuz olacağı təqdirdə bu vəzifəni bir daha qəbul etməyəcəyini bildirən Hariri ilk hökumətini qurduğu 2009-cu ildəki şərtlərlə bugünkü şərtlərin fərqli olduğuna diqqət çəkib.  

Qeyd edək ki, Hariri oktyabrın 4-də verdiyi bəyanatda yeni hökumətin “bir həftə, 10 gün ərzində” qurulacağına əminliyini ifadə etmişdi.

Livan prezidenti Mişel Avn mayın 6-da keçirilən parlament seçkilərindən sonra Baş nazir Haririyə 24 mayda yeni hökuməti qurma vəzifəsini tapşırdı.

Ancaq Livanda başda nazirliklərin bölüşülməsi olmaqla siyasi tərəflər arasında baş verən mübahisələrə görə hökumət hələ də qurula bilməyib.

Әlaqәli Xәbәrlәr