Haiti sahillәrindә zәlzәlә qurbanlarının sayı artıb

Qeyri-hökumәt tәşkilatının mәlumatına әsasәn, zәlzәlә nәticәsindә 2 nәfәrin dә hәlak olması ilә ölü sayı 12 nәfәrә yüksәlib.

1064228
Haiti sahillәrindә zәlzәlә qurbanlarının sayı artıb

Haiti sahillərində baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində hәlak olanların sayı 12 nәfәrә çatıb.

Qeyri-hökumәt tәşkilatının mәlumatına әsasәn, zәlzәlә nәticәsindә 2 nәfәrin dә hәlak olması ilә ölü sayı 12 nәfәrә yüksәlib.

Mәlumata görә, Port-de-Paix adasında 152, Gros Monte adasında isә 30 nәfәr xәsarәt alıb.

Port-de-Paix, Gros Morne, Chansolme və Turtle adalarında çox sayda binanın ciddi ziyan gördüyü vurğulanıb.

ABŞ Geoloji Araşdırmalar xidməti yeraltı təkanların episentrinin  paytaxt Port-o-Prensdən 19  km şimal-qərbdə, ocağının  isə 11.7  km dərinlikdə qeydə alındığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr